QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, Türkiyədə sərnişin avtobusunun aşması nəticəsində ilkin məlumata görə, 19 nəfər xəsarət alıb.

Qəza Aksaray-Nevşehir avtomobil yolunda baş verib. Ankaradan Qaziantepə gedən avtobusun yolda aşdığı bildirilir.

“A Haber” telekanalının məlumatına əsasən, hadisəyə sürücünün nəqliyyat vasitəsinə nəzarəti itirməsi səbəb olub.

Əraziyə təcili tibbi yardım və Fövqəladə Hallar İdarəsinin əməkdaşları göndərilib. Xilasetmə tədbirləri davam edir.