QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanı Azərbaycan üçün dost və strateji tərəfdaş ölkə kimi xarakterizə edib.

Bayramov bu fikirləri Bakıda Gürcüstanın baş nazirinin müavini və xarici işlər naziri Maka Boçorişvili ilə keçirilən birgə mətbuat konfransında səsləndirib. O, xalqlar arasındakı əlaqələrin möhkəm olduğunu vurğulayıb.

Nazirin sözlərinə görə, Azərbaycanla Gürcüstan arasında qardaşlıq və qonşuluq münasibətləri mövcuddur və bu əlaqələr müsbət istiqamətdə inkişaf edir. O, iki ölkənin siyasi dialoqunun yüksək səviyyədə olduğunu, xarici işlər nazirlikləri arasında intensiv təmasların aparıldığını deyib. Rəsmi və qeyri-rəsmi görüşlərin davam etdirilməsi üçün çalışdıqlarını da bildirib.

Bayramov əməkdaşlığın genişləndirilməsi üçün potensialın olduğunu qeyd edib. Onun açıqlamasına görə, Azərbaycan və Gürcüstan arasında 145 sənəd mövcuddur, daha 18 sənəd üzrə iş davam edir.