QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Xalq artisti Elmira Şabanova Yasamal qəbiristanlığında dəfn olunub.
Sənətçi ilə vida mərasimi Təzəpir məscidində keçirilib və başa çatıb. Tədbirdə onun ailə üzvləri, yaxınları, həmkarları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimə, həmçinin mədəniyyət nazirinin müavini Murad Hüseynov və Kino Agentliyinin baş direktoru Rəşad Əzizov qatılıblar. Vida mərasimindən sonra Elmira Şabanovanın nəşi dəfn üçün Yasamal qəbiristanlığına aparılıb.