QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Bakının Xəzər rayonunda fərdi yaşayış evindən 2 min manatlıq elektrik naqilləri və mis boru oğurlanıb.

Polisin keçirdiyi tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 25 yaşlı E. Eynili tutulub.

Araşdırma zamanı məlum olub ki, o, gecələr məhəllələrdə gəzərək işıqları yanmayan evləri seçib. Evdə heç kimin olmadığını müəyyənləşdirdikdən sonra içəri daxil olaraq sata biləcəyi əşyaları aparıb. Sonradan elektrik naqillərini və digər əşyaları satdığı müəyyən edilib.

E. Eynilinin eyni üsulla rayonun başqa evlərindən də oğurluq etdiyi üzə çıxıb. Faktla bağlı araşdırma davam edir.