QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Yaponiyanın ən böyük mobil operatoru NTT Docomo ölkə üzrə rabitə xidmətlərində genişmiqyaslı nasazlıq qeydə alındığını açıqlayıb.
Şirkətin yaydığı bildirişdə problemin səsli zənglərə, SMS göndərilməsinə və məlumat mübadiləsinə təsir etdiyi bildirilib. Nasazlıqlar noyabrın 5-i, cümə axşamı günorta saatlarında ölkənin müxtəlif ərazilərində müşahidə olunmağa başlayıb.
Kəsintinin səbəblərini mütəxəssislər araşdırırlar. Hadisə Yaponiya şirkətləri və dövlət qurumlarına qarşı son həftələrdə artan kiberhücumlar fonunda baş verib.
Həmin hücumlar nəticəsində on milyonlarla istifadəçinin şəxsi məlumatlarının sızdığı qeydə alınmışdı.