QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, İraqın Ənbar vilayətindəki Əl-Kərmə xəstəxanasında 64 yaşlı qadın təbii yolla qız uşağı dünyaya gətirib.
Səmira Naci adlı qadının doğuşu süni müdaxilə və əməliyyat olmadan başa çatıb. Doğum prosesi uğurla yekunlaşıb.
Mütəxəssislər bu yaşda təbii yolla övlad sahibi olmağın tibbi baxımdan demək olar, mümkünsüz sayıldığını, lakin bu hadisənin istisna olduğunu bildiriblər. Müayinələrdən sonra ana ilə körpənin vəziyyətinin normal və stabil olduğu qeyd edilib.