QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Braziliya Prezidenti Luiz İnasio Lula da Silvanı yenidən bu vəzifəyə seçilməsi münasibətilə təbrik edib.
Təbrik məktubunda Əliyev Lula da Silvaya ürəkdən təbriklərini çatdırıb. O, Azərbaycanın Braziliya ilə dostluq əlaqələrinin inkişafına böyük önəm verdiyini bildirib.
Prezident xalqların mənafelərinə uyğun şəkildə dövlətlərarası münasibətlərin möhkəmləndirilməsi və qarşılıqlı maraq doğuran əməkdaşlığın həm ikitərəfli, həm də çoxtərəfli platformalarda genişləndirilməsi istiqamətində birgə səylərin davam etdiriləcəyinə inamını ifadə edib.
İlham Əliyev braziliyalı həmkarına möhkəm cansağlığı və xoşbəxtlik, dost Braziliya xalqının firavanlığı naminə dövlət başçısı kimi fəaliyyətində uğurlar arzulayıb.