QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirak etməyə maraq göstərmədiyini açıqlayıb.

Paşinyan bildirib: “İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyini və artıq belə maraqlarımızın olmadığını rəsmiləşdirək”.

KTMT-nin Baş katibi Taаlatbek Masadıkov daha əvvəl təşkilatın noyabrın 11-də keçiriləcək sammitində nizamnamənin 25-ci maddəsinin Ermənistana şamil edilməsi məsələsinin müzakirəyə çıxarıla biləcəyini söyləyib. Həmin maddə üzvlük haqqını iki ildən artıq müddətdə ödəməyən ölkələrin təşkilatdakı hüquqlarının məhdudlaşdırılmasını nəzərdə tutur.