QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, “Fənərbağça” UEFA Çempionlar Liqasının liqa mərhələsinin IV turunda “Liverpul”u 3:2 hesabı ilə yenərək mövsümdə ilk qələbəsini qazanıb. İstanbul klubu bu nəticə ilə turnirdən əldə etdiyi mükafat məbləğini də artırıb.
Çempionlar Liqasının əsas mərhələsinə qatıldığı üçün “Fənərbağça”ya əvvəlcə 18 milyon 620 min avro ödənilib. Komandanın daha əvvəlki görüşlərdə qazandığı iki heç-heçə isə əlavə 1,4 milyon avro gəlir gətirib.
“Liverpul” üzərində qələbəyə görə İstanbul təmsilçisinə daha 2,1 milyon avro mükafat düşüb. Bununla klubun cari mövsümdə Çempionlar Liqasından qazancı 22 milyon 120 min avroya yüksəlib.
Növbəti mərhələlərdə əldə ediləcək məbləğ liqa mərhələsinin yekun sıralamasından asılıdır. Pley-offa yüksəlməsi “Fənərbağça”ya əlavə 1 milyon avro qazandıracaq. İlk səkkizliyə düşərsə, klubun hesabına daha 11 milyon avro köçürüləcək.