QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Bakıda ölümlə nəticələnən bədbəxt hadisə qeydə alınıb.

Noyabrın 24-də saat 16 radələrində Bakı sakini, 1989-cu il təvəllüdlü Həmidə Təvəkkül qızı Aslanova Yasamal rayonunda yaşadığı mənzilin hamam otağında dəm qazından zəhərlənib. O, hadisə yerində dünyasını dəyişib.

Fakt üzrə araşdırmanı rayon prokurorluğu aparır.