QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, noyabrın 25-də saat 13 radələrində Yasamal rayonunda, Müzəffər Həsənov küçəsi 12 ünvanının qarşısında piyada qəfil yıxılaraq ölüb.

Bakı sakini, 1975-ci il təvəllüdlü İsmayıl Mikayılzadənin “20 Yanvar” metro stansiyasının çıxışında yıxıldığı və həyatını itirdiyi məlum olub. İlkin məlumata əsasən, ölüm ürək çatışmazlığı ilə bağlı olub.

Hadisə ilə bağlı araşdırmanı rayon prokurorluğu aparır.