QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Bakı-Qazax avtomagistralının Yevlax rayonunun Duzdağ qəsəbəsi yaxınlığındakı hissəsində baş verən yol qəzasında iki nəfər ölüb.
Hərəkətdə olan “Mercedes Vito” markalı avtomobil “KamAZ”la toqquşub. Qəza zamanı minik avtomobilini idarə edən, 1955-ci il təvəllüdlü Qazax rayon sakini Altay Qasımov hadisə yerində dünyasını dəyişib.
“Mercedes Vito”da olan 1978-ci il təvəllüdlü Şəmkir rayon sakini İsmət Qasımov xəstəxanaya aparılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.