QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbənin Cənubi Qafqaz tarixində yeni səhifə açdığını bildirib.
Ərdoğan bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında səsləndirib. O qeyd edib ki, Türkiyə Azərbaycanın ədalətli mübarizəsinə, eləcə də Bakının regionda davamlı sülhə nail olmaq üçün göstərdiyi səmimi səylərə dəstək verib.