QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində Azərbaycana səfəri və Qarabağda aparılan bərpa işləri barədə danışıb.
“Dünən Azərbaycanda idik. Şuşada duyğulandıran mənzərənin şahidi olduq. İlham Əliyev qardaşımın liderliyi ilə Qarabağda yenidənqurma və dirçəliş səfərbərliyi həyata keçirilir”, – Ərdoğan bildirib.
Türkiyə liderinin sözlərinə görə, bölgədə yollar, binalar, yeraltı keçidlər, ibadət evləri və yaşayış evləri sürətlə tikilir. O, Qarabağın hər tərəfində sülh və əmin-amanlığın hökm sürdüyünü qeyd edib.
Ərdoğan “İki dövlət, bir millət” prinsipi əsasında azərbaycanlılara hər cür dəstək göstərdiklərini deyib. O, Qarabağın azadlığı uğrunda şəhid olanları rəhmətlə yad edib.