QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyədə baş verən partlayışla əlaqədar başsağlığı yayıb.
XİN-in bəyanatında İzmir şəhərindəki fabrikdəki partlayış nəticəsində insanların həlak olması və xəsarət alması xəbərinin dərin kədər doğurduğu bildirilib.
“Qardaş Türkiyənin İzmir şəhərində fabrikdə baş vermiş partlayış nəticəsində insan tələfatı və xəsarət alanların olması xəbəri bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik. Qardaş Türkiyə dövlətinə və xalqına bu faciə ilə əlaqədar dərin hüznlə başsağlığı veririk”, – bəyanatda qeyd olunub.