QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Azərbaycan-Qana biznes forumu noyabrın 12-də Bakıda keçiriləcək. Tədbirin məqsədi iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafına töhfə verməkdir.

Forumda qarşılıqlı investisiyaların artırılması və ticarət əlaqələrinin möhkəmləndirilməsi yolları əsas müzakirə mövzuları olacaq. Proqram çərçivəsində Bakıya gələcək Qana nümayəndə heyəti ilə rəsmi görüşlərin keçirilməsi və hər iki ölkənin investisiya imkanlarının təqdim olunması planlaşdırılır.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2025-ci ildə Azərbaycanla Qana arasında ticarət dövriyyəsi 7,23 dəfə yüksələrək 490,69 milyon ABŞ dollarına çatıb.