QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, “Zirə” qış transfer pəncərəsi zamanı Toral Bayramovu heyətinə cəlb etməyi planlaşdırır. Azərbaycan millisinin üzvü hazırda Türkiyənin “Bursaspor” klubunda çıxış edir və karyerasını yenidən ölkəsində davam etdirmək ehtimalı var.

25 yaşlı futbolçu mövsümün əvvəlində “Qarabağ”dan ayrılaraq 1 milyon avroya “Bursaspor”a keçib. O, Türkiyə təmsilçisinin heyətində indiyədək 11 oyunda iştirak edib və bir məhsuldar ötürmə verib.

Polşa mətbuatında Bayramovun qışda “Rakuv”a keçə biləcəyi barədə də məlumatlar yayılıb.