QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Türkiyə Superliqasının 12-ci turunda "Fənərbağça" səfərdə "Kocaelispor"la 2:2 hesablı heç-heçə edib.

"Turka Kocaeli" stadionundakı matçda ilk qol 61-ci dəqiqədə qeydə alınıb. Milan Şkrinyar fərqlənərək qonaqları önə çıxarıb.

71-ci dəqiqədə Berkan Kutlu penaltini dəqiq yerinə yetirib və "Kocaelispor" hesabı bərabərləşdirib. Meydan sahibləri 76-cı dəqiqədə Maqlitsanın cərimə zərbəsindən vurduğu qolla üstünlük əldə ediblər.

Lakin "Fənərbağça" 90+3-cü dəqiqədə Meyson Qrinvudun qolu ilə məğlubiyyətdən qaçıb. Görüşün yekununda hər iki komandanın aktivində 20 xal olub.