QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Tomas Rays “Trabzonspor”un əcnəbi baş məşqçiləri arasında ən uzun qələbə seriyasına imza atıb.

52 yaşlı almaniyalı mütəxəssisin rəhbərlik etdiyi Türkiyə təmsilçisi Super Liqada son yeddi matçın hər birində rəqiblərini məğlub edib.

Bu göstərici 1991-1992-ci illər mövsümündə Urbeyn Braemsin müəyyənləşdirdiyi altı ardıcıl qələbə rekordunu geridə qoyub. 35 il ərzində dəyişməyən nəticə “Eyüpspor”la görüşdən sonra yenilənib.

“Trabzonspor”un seriyası “Qalatasaray” üzərində qələbə ilə başlayıb. Ardınca komanda “Samsunspor”, “Beşiktaş”, “Çaykur Rizəspor”, “Qaziantep FK” və “Alanyaspor”u məğlub edib. Milli komandaların oyunları ilə bağlı fasilədən sonrakı ilk qarşılaşmada isə “Eyüpspor”a qalib gəlib.

Raysın rəhbərliyi dövründə komanda müdafiədə də uğurlu nəticələr göstərib: son yeddi oyunun altısında qapısında qol görməyib. Bu uğurlar “Trabzonspor”un çempionluq uğrunda mübarizədə mövqeyini gücləndirib.