QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, “Barselona”nın futbolçusu Lamin Yamal UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Sabah”la keçiriləcək qarşılaşmada iştirak etmək üçün Bakıya gəlməyəcək.
18 yaşlı hücumçu tam hazır vəziyyətə dönmək və bərpa prosesini davam etdirmək üçün Barselonada qalacaq.
Noyabrın 25-də Bakı Olimpiya Stadionunda baş tutacaq matçın start fitinin saat 21:45-də veriləcəyi bildirilib.