QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda Bakıda baş tutacaq “Sabah”–“Barselona” qarşılaşmasına hakim təyinatları müəyyənləşib. Görüşdə Şotlandiya hakimlər briqadası fəaliyyət göstərəcək.
Matçın baş hakimi Nikolas Uolş olacaq. Yan xətlərdə Frensis Konnor və Daniel Makferleyn çalışacaq, dördüncü hakim vəzifəsini isə Donald Robertson icra edəcək. VAR hakimi Endryu Dallas, onun köməkçisi Stiven Maklin təyin olunub.
Noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.