Milli Məclisin plenar iclasında çıxış edən deputat Vüqar Bayramov işğaldan azad edilmiş ərazilərdə 2027-ci ildə kütləvi məskunlaşmanın planlaşdırıldığını və hər bir keçmiş məcburi köçkünə öz ata-baba yurdunda evin təklif ediləcəyini bildirib. KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, deputat diqqətə çatdırıb ki, hazırda azad olunmuş bölgələrdə 100 minə yaxın Azərbaycan vətəndaşı yaşayır, çalışır və təhsil alır, onların 41 213 nəfəri isə daimi məskunlaşan keçmiş məcburi köçkünlərdir.
2027-ci ildə minlərlə ailə üçün yeni məskunlaşma planı açıqlanır
Deputat Vüqar Bayramov 2027-ci ildə işğaldan azad edilmiş ərazilərdə kütləvi məskunlaşmanın planlaşdırıldığını və keçmiş məcburi köçkünlərə ata-baba yurdunda evin təklif ediləcəyini bildirib.
Mənbə: Konkret
(3 Noyabr 2026)