QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, 2027-ci ildə astroloji proqnozlara əsasən, Şir, Qız və Oxatan bürcləri sevgi, karyera və maliyyə sahələrində daha uğurlu dövr keçirə bilər.
Bürclər gələn il qarşılaşa biləcəkləri imkanlara görə sıralanıb. Reytinqin ilk pilləsində Şir qərarlaşıb. Yupiterin iyulun 26-dək bu bürcdə olması yeni imkanların və əhəmiyyətli dəyişikliklərin yaranacağı ehtimalı ilə əlaqələndirilir. Avqustun 2-də Şirdə baş verəcək Günəş tutulmasının da yeni başlanğıclara zəmin yaradacağı gözlənilir.
Qız bürcü ikinci sıradadır. İyulun 26-da Yupiterin Qıza keçməsi ilin ikinci yarısında bu bürcün nümayəndələri üçün əlverişli imkanlar yarada bilər.
Üçüncü yeri Oxatan tutur. Proqnozlarda ilin ilk yarısında təhsil və səyahətlə bağlı imkanlar, sonrakı yarısında isə karyera yüksəlişi qeyd olunur.
Sıralamada Balıqlar dördüncü, Dolça beşinci, Xərçəng altıncı, Əqrəb yeddinci, Qoç isə səkkizinci yerdə göstərilib. Buğa doqquzuncu, Tərəzi onuncu, Əkizlər on birinci, Oğlaq isə sonuncu — on ikinci pillədədir.
Proqnozlara görə, 2027-ci ildə Balıqların sevgi münasibətlərində, Xərçəngin maliyyə vəziyyətində, Əqrəbin isə karyerasında müsbət dəyişikliklər baş verə bilər.