QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, noyabrda balıq alarkən növün mövsümə uyğunluğuna və qanuni yolla əldə olunmasına diqqət yetirmək tövsiyə edilir. Bu ay bəzi balıqların ovu qadağandır, digərləri isə əvvəlki dad və keyfiyyətini saxlaya bilmir.
Sardina, qılınc balığı, mavi üzgəcli tuna və alabalıq noyabrda seçilərkən diqqət tələb edən növlər sırasındadır. Sardina yayda daha yağlı və dadlı olur, noyabrda isə bu xüsusiyyətləri əvvəlki səviyyədə olmaya bilər. Bununla belə, həmin ay sardina yeməyin sağlamlığa zərərli olduğu bildirilməyib.
Türkiyədə qılınc balığının ovlanması oktyabrın 1-dən noyabrın 30-dək qadağan edilib. Mavi üzgəcli tunanın ovuna qoyulan məhdudiyyət oktyabrın 15-dən iyunun 15-dək qüvvədədir.
Təbii alabalığın ovlanması üçün qadağa müddəti oktyabrın 1-dən fevralın 28-dək davam edir. Buna görə balıq alarkən onun mənşəyini və qanuni şəkildə əldə olunub-olunmadığını yoxlamaq tövsiyə olunur.
Mütəxəssislər mövsümi balıq istehlakının məhsulun keyfiyyətini qorumaqla yanaşı, dəniz və digər su hövzələrində balıq ehtiyatlarının mühafizəsi üçün də əhəmiyyət daşıdığını qeyd edirlər.