QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, İran İslam Respublikası parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-ın potensial hücumuna qarşı cavab strategiyasını dəqiqləşdirdiyini söyləyib. O, düşmənə qarşı hərbi və strateji cavabın gözlənilməz olacağını bildirib.
“İslam Respublikası barmağı tətikdə olsa da, Amerika tərəfi də güclü və rasional cavab verməlidir. İndi müharibənin qarşısını almaq üçün top Amerikanın meydançasındadır. Biz hərbi sahədə müdafiə hazırlığının ən yüksək səviyyəsindəyik və Vaşınton yenidən strateji səhv edərsə, bu dəfə yeni bir döyüş meydanı ilə qarşılaşacaq və çıxış yolu axtarmaqda daha aciz vəziyyətdə qalacaq.”
Region ölkələrinə müraciət edən İslami Şurası Məclisinin sədri bildirib ki, İran özünü müdafiə etməyə tam hazırdır və düşmənin hər hansı bir səhv hərəkəti halında güclü cavab verəcək.