QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, ABŞ Məxfi Xidmətinin əməkdaşları Ağ Evin yaxınlığında Prezident Donald Trampı öldürməklə hədələyən venesuelalı qeyri-qanuni miqrantı saxlayıblar.
ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin məlumatına görə, şübhəli Konstitusiya avenyusunda park edilmiş avtomobildə olub. Onun davranışı agentlərin diqqətini çəkib. Hüquq-mühafizə əməkdaşları yaxınlaşanda kişi başındakı səslərin Vaşinqtona gedib Trampı öldürməyi ona əmr etdiyini deyib.
Avtomobilə baxış zamanı odlu silah və döyüş sursatları aşkarlanaraq götürülüb.