QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Qazaxın Birinci Şıxlı kəndində bıçaqlanma hadisəsi baş verib.
2005-ci il təvəllüdlü İsmayıl Əlizadə iki bıçaq xəsarəti ilə Qazax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona tibbi yardım göstərilib, vəziyyəti kafidir.
İlkin məlumata əsasən, Əlizadəni həmkəndlisi, 19 yaşlı Fərid Musayev bıçaqlayıb. Musayev polis əməkdaşları tərəfindən saxlanılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.