QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Avropa İttifaqı Rusiyaya qarşı növbəti sanksiyalar paketini qəbul etməyə hazırlaşır. Məhdudiyyətlərin Rusiyanın iqtisadiyyatında müxtəlif sahələri, o cümlədən təxminən 150 müəssisə və 50 bankı əhatə etməsi planlaşdırılır.
Fransanın Avropa işləri üzrə naziri Benjamin Haddad bu barədə “Reuters”ə danışıb. Onun bildirdiyinə görə, sanksiya siyahısına salınması təklif edilən qurumların böyük hissəsi ilə bağlı təşəbbüslər Fransa tərəfindən irəli sürülüb.
Haddad Avropa İttifaqının Rusiyaya iqtisadi təzyiq göstərmək xəttini davam etdirəcəyini vurğulayıb. Nazir, həmçinin Ukraynaya dəstəyin gələcəkdə də davam edəcəyini qeyd edib.