QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində (ANAMA) kadr dəyişikliyi baş verib. Agentliyin İdarə Heyəti sədrinin müavini, general-mayor Ceyhun Rzayev tutduğu vəzifədən azad olunub.

Rzayev 2022-ci il fevralın 4-də həmin vəzifəyə təyin edilmişdi.

O, bir müddət əvvəl general-mayor Natiq Əliyevin qızı Türkər Əliyeva ilə bağlı məhkəmə mübahisəsi ilə də gündəmə gəlmişdi. Türkər Əliyevanın iştirakı ilə Rzayevə qarşı xeyli maddi ziyanla bağlı iddia üzrə istintaq aparılır.

ANAMA-nın rəsmi saytındakı rəhbərlik bölməsində isə Ceyhun Rzayevin adı və onun haqqında məlumat hələ də yer alır.