QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Bakının Nərimanov rayonunda yerləşən “By Fateh Gənclik” restoranında plandankənar yoxlama keçirilib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatına görə, baxış Fətəli xan Xoyski küçəsi 118A ünvanındakı obyektdə aparılıb. Restoranın qida təhlükəsizliyi qeydiyyatından keçmədən, qanunsuz və antisanitar şəraitdə işlədiyi müəyyənləşib.

Yoxlama zamanı mətbəxdə texnoloji ardıcıllığın pozulduğu, müştərilərə təqdim edilən ət məhsullarının müvafiq icazə sənədlərinin olmadığı, eləcə də işçilərin ilkin və dövri tibbi müayinələrdən keçmədiyi aşkarlanıb. Obyektdə istifadə müddəti bitmiş alkoqolsuz içkilər və qida məhsulları da tapılıb.

Aşkarlanan uyğunsuzluqlar aradan qaldırılanadək restoranın fəaliyyəti məhdudlaşdırılıb. Sahibkar barəsində inzibati protokol tərtib olunub. Laborator müayinələr üçün ət məhsullarından nümunələr götürülüb.