QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Bakının Nizami rayonunda, əvvəlki “Diqlas” ticarət mərkəzinin yerləşdiyi sahədə yeni ticarət kompleksi tikilir. Qara Qarayev prospekti, 239 ünvanında davam edən işlər növbəti mərhələyə keçib.
Qeyri-yaşayış obyekti beş mərtəbəli olacaq. Tikintiyə bu il mayın 15-də başlanılıb, layihənin 2027-ci il noyabrın 15-dək başa çatdırılması nəzərdə tutulub.
Həmin ərazidəki “Diqlas” ticarət mərkəzində 2019-cu il martın 26-da böyük yanğın baş vermişdi. Alov obyektə və orada fəaliyyət göstərən sahibkarlara ciddi maddi ziyan vurmuş, yararsız vəziyyətə düşən bina sonradan sökülmüşdü.
Yeddi il sonra həmin sahədə yeni ticarət infrastrukturunun istifadəyə verilməsi planlaşdırılır.