QafqazNews Manset.az-a istinadən xəbər verir ki, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan 70 kiloqram baytarlıq vaksini xarici ölkələrə satıb. İxracın dəyəri 766 min 400 dollar olub.

Məhsullar Belarus və Moldovaya göndərilib. Belarusa ixrac edilən 30 kiloqram vaksinin dəyəri 663 min 300 dollar təşkil edib. Dəyər ifadəsində bu ölkənin payı 86,5 faiz olub.

Moldovaya 40 kiloqram vaksin satılıb və göndərişin qiyməti 103 min 100 dollar təşkil edib. Miqdar baxımından Moldova Belarusu geridə qoysa da, ixrac olunan məhsulların dəyəri daha az olub.

Hesabat dövründə Azərbaycana 110,07 ton baytarlıq vaksini gətirilib. İdxalın ümumi dəyəri 18 milyon 351 min 770 dollar təşkil edib.