QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, bu ilin ilk doqquz ayında Azərbaycana xarici ölkələrdən 979 min 186 qol saatı gətirilib. İdxalın gömrük dəyəri ümumilikdə 14 milyon 717 min dollar, yaxud 25 milyon 19 min manat olub.
Bir qol saatının orta gömrük dəyəri 15,03 dollar (25,55 manat) təşkil edib. Ən yüksək göstərici İsveçrədən gətirilən, qiymətli metal korpuslu və avtomatik qurulma mexanizmi olan saatlarda qeydə alınıb: bir ədəd üçün orta dəyər 30 min 319 dollar (51 min 543 manat) olub. Ən aşağı orta göstərici isə Çindən gətirilən adi korpuslu saatlara aiddir — 0,89 dollar (1,51 manat).
İdxal olunan saatlar təyinat və korpus materialı üzrə belə bölünüb:
Adi korpuslu, elektriklə işləyən və mexaniki göstəricili modellərdən Çindən 136 min 657 ədəd gətirilib; birinin orta gömrük dəyəri 37,96 manat olub. İsveçrədən 3 min 698 ədəd (1 019,96 manat), Türkiyədən 1 775 (40,04 manat), Filippindən 1 273 (99,91 manat), Honkonqdan 496 (62,39 manat), Tailanddan 320 (177,98 manat), İspaniyadan 132 (67,62 manat), İtaliyadan 103 (485,57 manat), Yaponiyadan 59 (580,01 manat), Almaniyadan 55 (239,95 manat), Özbəkistandan 35 (96,17 manat), Fransadan 25 (220,32 manat), Rusiyadan 13 (82,47 manat), ABŞ-dan 5 (81,60 manat), Böyük Britaniyadan isə 2 ədəd (654,50 manat) idxal edilib.
Adi korpuslu elektrikli, optik-elektron göstəricili saatlarda Çin 14 min 822 ədədlə (24,43 manat) əsas tədarükçü olub. Tailanddan 460 ədəd (50,62 manat), Yaponiyadan 171 (64,92 manat), Çexiyadan 165 (11,65 manat), Vyetnamdan 145 (631,61 manat), Tayvandan 22 (183,14 manat) gətirilib. Türkiyədən bir ədəd idxal edilsə də, onun gömrük dəyəri göstərilməyib.
Adi korpuslu digər elektrikli saatların 373 min 725-i Çindən (4,81 manat), 900-ü Tailanddan (100,75 manat), 36-sı Rusiyadan (52,93 manat), 19-u Honkonqdan (34,02 manat), 13-ü Türkiyədən (83,75 manat) gətirilib.
Adi korpuslu, avtomatik qurulan saatlar üzrə Çin 1 416 ədəd (130,81 manat), Tailand 1 145 ədəd (175,08 manat), İsveçrə 925 ədəd (8 887,55 manat) ilə qeydə alınıb. Yaponiyadan 146 ədəd (428,48 manat), Almaniyadan 42 (252,71 manat), ABŞ-dan 12 (130,33 manat), Honkonqdan 2 (306 manat), İspaniyadan isə 1 ədəd (391 manat) gətirilib.
Adi korpuslu, digər növ saatlardan Çindən 318 min 238 ədəd (1,51 manat), Özbəkistandan 183 (119 manat), Vyetnamdan 27 (663,78 manat), İsveçrədən 21 (8 263,81 manat), İtaliyadan 20 (51 manat), Rusiyadan 4 (38,25 manat) idxal olunub.
Qiymətli metal korpuslu, elektriklə işləyən və mexaniki göstəricili saatların 76-sı İsveçrədən (22 207,37 manat), 18-i Türkiyədən (76,50 manat), biri isə Çindən (204 manat) gətirilib.
Qiymətli metal korpuslu, elektriklə işləyən digər saatlar arasında Çindən 117 min 655 ədəd (1,75 manat), Türkiyədən 55 (563,22 manat), Qazaxıstandan 4 (51 manat), ABŞ-dan 1 (221 manat) idxal edilib.
Qiymətli metal korpuslu və avtomatik qurulma ilə işləyən digər modellərdən İsveçrədən 33 ədəd gətirilib; birinin orta gömrük dəyəri 51 min 543 manat olub. Bu materialdan hazırlanmış digər saatların isə 3 min 998-i Çindən (1,76 manat), 30-u İtaliyadan (51 manat), 6-sı İsveçrədən (44 778 manat) idxal edilib.
Rəsmi məlumatlarda Çindən gətirilən qiymətli metal korpuslu elektrikli digər saatların bir ədədi üçün orta gömrük dəyəri 1,75 manat, həmin korpuslu digər saatlar üçün isə 1,76 manat göstərilib. Bu qədər aşağı dəyərin hansı səbəblə müəyyən edildiyinə dair açıqlama verilməyib.