QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Azərbaycan Almaniyaya qaz ixracına başlayıb. Bu barədə xarici işlər naziri Ceyhun Bayramov Bakıda almaniyalı həmkarı Yohann Vadefulla keçirilən birgə mətbuat konfransında danışıb.
Bayramovun sözlərinə görə, Azərbaycan hazırda Avropa İttifaqının 10 üzv dövlətinə qaz verir. Ümumilikdə isə qaz təchizatı həyata keçirilən ölkələrin sayı 16-dır.
XİN rəhbəri Xəzər dənizindən keçəcək kabel layihəsinin Almaniyaya mümkün faydalarını da müzakirə etdiklərini bildirib.
Nazir iki ölkə arasında əməkdaşlığın istiqamətlərindən birinin humanitar sahə olduğunu qeyd edib. Onun sözlərinə görə, Azərbaycan-Alman universitetinin yaradılması ilə bağlı danışıqlar aparmaq niyyəti də ifadə olunub.