QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Xorvatiyanın Poreç şəhərində keçirilən boks üzrə U-23 Avropa çempionatında Azərbaycan millisinin üzvü Səbuhi Əlizadə növbəti mərhələyə yüksəlib.

39 ölkədən 276 boksçunun iştirak etdiyi yarışın ikinci günündə Əlizadə (+90 kq) 1/8 finalda Ermənistan təmsilçisi İşxan Hovsepyanla qarşılaşıb. Üç xəbərdarlıq alan Hovsepyan diskvalifikasiya edilib.

Azərbaycanlı boksçu 1/4 finalda ilk mərhələdə mübarizə aparmayan Bolqarıstan təmsilçisi Kiril Georgiyevlə üz-üzə gələcək. Döyüş noyabrın 20-də baş tutacaq.