QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Azərbaycan futbol millisi bu gün səfərdə Andorra ilə beynəlxalq yoldaşlıq matçına çıxacaq.

Ayxan Abbasovun rəhbərlik etdiyi komanda Enkamp şəhərində meydan sahibləri ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Oyunun baş hakimi ispaniyalı Xose Luis Munuera təyin olunub.

Qeyd edək ki, Azərbaycan yığması noyabrın 13-də UEFA Millətlər Liqasının səfər matçında Lixtenşteynə 1:0 hesabı ilə qalib gəlib.