QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, “Qalatasaray” “Mançester Yunayted”in yarımmüdafiəçisi Brunu Fernandeşin transferi ilə bağlı cəhdlərini yenidən aktivləşdirib.

İstanbul təmsilçisi 32 yaşlı portuqaliyalı futbolçunu qış transfer dövründə heyətinə cəlb etmək niyyətindədir. Fernandeşin klubun yeni müqavilə təklifini qəbul etmədiyi və mövsümün sonunda azad agent ola biləcəyi bu planın səbəbi kimi göstərilir.

“Qalatasaray” rəhbərliyi “Mançester Yunayted”in kompensasiya əldə etmək məqsədilə futbolçunun qışda satışına razılaşacağına ümid edir.

Baş məşqçi Okan Buruk yarımmüdafiə xəttini gücləndirmək istəyir. Transfer baş tutarsa, Fernandeşin hücumameyilli yarımmüdafiəçi, rusiyalı Aleksey Batrakovun isə “səkkiz nömrə” mövqeyində çıxış edəcəyi bildirilir.

Fernandeşə “Barselona”nın da maraq göstərdiyi qeyd olunur.