QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Azərbaycanın tamblinq üzrə yığması Çinin Nankin şəhərində təşkil olunan dünya çempionatında qızıl medal əldə edib.

Azərbaycan Gimnastika Federasiyasının yaydığı məlumata görə, millinin heyətində Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Aleksey Karataşov çıxış ediblər.

Finalda inamlı performans göstərən idmançılar dünya çempionu titulunu qoruyublar. Bununla Azərbaycan yığması üçüncü dəfə dünya çempionu adını qazanıb.