QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərlə görüşündə yeni yaşayış məntəqələrinin salınması və köçkünlərin geri dönüşü barədə danışıb.
Dövlət başçısı bildirib: “Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması — yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır”.
İlham Əliyev əlavə edib ki, uzun illər ağır şəraitdə yaşayan köçkünlərin doğma torpaqlarına qayıtması hər bir vətəndaşın böyük arzusu olub. Onun sözlərinə görə, bu, ilk növbədə köçkün həyatı sürən insanlar üçün əhəmiyyət daşıyırdı.