QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzura altı il ərzində 100 minə yaxın insanın qaytarıldığını bildirib. Onun sözlərinə görə, sakinlər üçün mümkün olan ən yaxşı şərait yaradılıb.
Dövlət başçısı bu fikirləri birinci xanım Mehriban Əliyeva ilə birlikdə noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndində birinci mərhələnin açılışı zamanı sakinlərlə söhbətində səsləndirib.
İlham Əliyev Ermənistanın 30 il ərzində bu əraziləri viran qoyduğunu və orada “bir daşı daş üstə qoyulmadığını” deyib. O, Azərbaycanın müharibədə qələbə qazandığını vurğulayaraq əlavə edib: “Sülh şəraitində yaşayan xalqımız da qurub-yaradır”.