QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, İcbari Tibbi Sığorta Fondunun 2027-ci ildə gəlir və xərclərinin 2 milyard 980,2 milyon manat olacağı gözlənilir. Bu barədə maliyyə naziri Sahil Babayev məlumat verib.
O, rəqəmi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında, “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə edilərkən açıqlayıb.
Babayevin sözlərinə görə, proqnoz 2026-cı ilin göstəricisindən 281 milyon manat və ya 14 faiz yüksəkdir.