QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, cari ilin yanvar-oktyabr aylarında Azərbaycana 2 milyard 328 milyon dollar dəyərində ərzaq məhsulları idxal olunub. Bu məbləğ ölkənin ümumi idxalının təxminən 15,2 faizinə bərabərdir.
Həmin müddətdə dəyər baxımından ən böyük idxal bitki və heyvan mənşəli piylər və yağların, həcm baxımından isə buğdanın payına düşüb. Ölkəyə 256,5 milyon dollar dəyərində 160,5 min ton piy və yağ, eləcə də 253,3 milyon dollar dəyərində 1 milyon 203,5 min ton buğda gətirilib.
İdxal edilən meyvə-tərəvəzin bir kiloqramının gömrük dəyəri 1,60 manat, ətin 4,03 manat, süd və qaymağın isə 3,09 manat təşkil edib.
Digər məhsullar üzrə bir kiloqramın idxal dəyəri kərə yağı və süddən hazırlanan digər yağlarda 10,24 manat, çayda 10,06 manat, düyüdə 1,62 manat olub. Qarğıdalının kiloqramı 79 qəpik, buğdanın 36 qəpik, bitki və heyvan mənşəli piylər və yağların isə 2,72 manat olub.