QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, “Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğunun Əsasnaməsi təsdiqlənib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Sənədə əsasən, Mədəniyyət Nazirliyi üç ay ərzində qoruğun strukturunu və işçilərinin ştat sayını müəyyən etməlidir. Bu məsələlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılaraq təsdiqlənməlidir. Nazirlik qərardan irəli gələn digər məsələləri də həll etməlidir.