QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin əməkdaşları Səbail rayonunun Badamdar–20-ci sahəsində mütəmadi müşahidələr aparırlar.

Son monitorinqlərin nəticələrinə əsasən, ərazidə sürüşmə aktivliyi davam edir, mövcud çatlar isə genişlənib.

Mütəxəssislər ərazidəki vəziyyəti nəzarətdə saxlayırlar.