QafqazNews Manset.az-a istinadən xəbər verir ki, DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxtda ilk dəfə quraşdırılacaq avtobus işıqforlarının hərəkət qaydalarını açıqlayıb.
Mərkəzdən bildirilib ki, yeni işıqforlarla bağlı sürücülər arasında maarifləndirmə tədbirləri davam edir. Bu çərçivədə işıqforların iş prinsipi, siqnalların mənası və mümkün hərəkət istiqamətləri barədə lazımi məlumatlar sürücülərə çatdırılır.
NİİM-in hazırladığı fotoməlumatlarda avtobus sürücüləri işıqforlardakı siqnallarla və hər bir siqnal üçün müəyyən edilmiş hərəkət qaydaları ilə tanış ola bilərlər.