QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev AXCP sədri Əli Kərimlinin cinayət işi üzrə məhkəmədə şahid qismində dindirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin rəhbərlik etdiyi iclasda Əliyev ittiham aktında yer alan məsələlərlə bağlı sualları cavablandırıb.
O, məhkəmə kollegiyasından cinayət işi üzrə şahid kimi tanınan həyat yoldaşını prosesə dəvət etməməyi xahiş edib. İlham Əliyevin sözlərinə görə, hadisələrdən sonra həyat yoldaşının durumu pisləşib, ağır depressiyaya düşüb və hazırda antidepressant preparatlar qəbul edir.
Əliyev həyat yoldaşının səhhətinin ağır olduğunu əsas gətirərək onun məhkəmə iclasına çağırılmasını istəmədiyini bildirib. Prosesdə İlham Əliyevlə yanaşı Ramiz Mehdiyevin oğlu Timur Mehdiyev də iştirak edib.