QafqazNews DHA-a istinadən xəbər verir ki, İran Meclis Sədri Məhəmməd Bəqir Qalibaf bildirib ki, ABŞ-ın dəniz blokadasını hərbi üsullarla yarmaq mümkündür və yaxın vaxtlarda bu istiqamətdə addımlar atılacaq.

İran mətbuatı Qalibafın 3-cü Media Kuboku tədbirinin bağlanış mərasimində çıxış etdiyini xəbər verib. Çıxışında düşmənin İrana “müharibə də, sülh də deyil” şəraitini qəbul etdirməklə ölkəni yorucu bir dövrə sürükləmək istədiyini iddia edib.

Qalibaf ABŞ-ın dəniz blokadasını hərbi üsullarla qırma yollarının olduğunu vurğulayaraq, “Yaxın zamanda bu yöndə addımlar atacağıq. ‘Müharibə də, sülh də deyil’ vəziyyətindən çıxış yolu davamlı caydırıcılığa nail olmaqdır. Bu isə yalnız ölkənin güclənməsi ilə mümkündür” deyib.