QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, noyabrın 24-də Bakıda, Abşeron yarımadasında və ölkənin bəzi bölgələrində küləkli hava şəraiti gözlənilir. Bununla bağlı sarı və narıncı xəbərdarlıqlar elan olunub.

Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, Bakı, Goranboy, Abşeron yarımadası, Qobustan və Xızıda narıncı xəbərdarlıq səviyyəsinə uyğun olaraq cənub-qərb küləyi əsəcək. Küləyin sürətinin saniyədə 20,8-28,4 metrə çatacağı bildirilir.

Neftçala, Şirvan, Naftalan, Daşkəsən, Kəlbəcər, Laçın, Zəngilan, Mingəçevir, Şəki, Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzəndə isə sarı xəbərdarlıq verilib. Həmin ərazilərdə cənub-qərb küləyinin sürəti saniyədə 13,9-20,7 metr olacaq.