QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, noyabrın 5-i axşam saatlarından 6-sı səhərədək Bakıda, Abşeron yarımadasında və bir sıra bölgələrdə küləkli hava gözlənilir. Bununla bağlı sarı və narıncı xəbərdarlıq elan olunub.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında, eləcə də Neftçala, Salyan, Hacıqabul, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən və Ağstafada narıncı xəbərdarlıq qüvvədə olacaq. Həmin ərazilərdə şimal-qərb küləyinin sürəti saniyədə 20,8-28,4 metrə çatacaq.

Kəlbəcər, Laçın, Cəbrayıl, Zəngilan, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, Qobustan, Biləsuvar, Cəlilabad, Lerik, Yardımlı, Qazax, Tovuz, Şəmkir, Gəncə, Samux, Göygöl, Gədəbəy, Şirvan, Yevlax, Tərtər, Ağdam və Bərdədə isə sarı xəbərdarlıq verilib. Bu məntəqələrdə qərb küləyinin sürətinin saniyədə 13,9-20,7 metr olacağı gözlənilir.