QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə avtobusun arxa hissəsindəki “STOP” yazısının “TOXTA” ilə əvəzləndiyini göstərən video paylaşılıb. Görüntülərin naməlum avtobus şəbəkələrindən birinə aid olduğu iddia edilib.

Məsələ ilə bağlı müvafiq qurumlara sorğu göndərilib. “Xaliq Faiqoğlu” şirkəti videodakı avtobusun onlara məxsus olmadığını bildirib. Şirkət nümayəndəsi, həmçinin görüntülərin həqiqəti əks etdirmədiyini qeyd edib.

“Baku Bus” MMC-dən isə videonun süni intellekt vasitəsilə hazırlandığı bildirilib.